Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən kiçikölçülü pilotsuz uçan aparatı


Hazırda pilotsuz uçan aparatlar (dronlar) bütün dünyada çox populyardır. Bundan başqa  bu top qurğular milyonlarla uşaq üçün ən sevimli oyuncaqdır, belə ki, dronların köməyi ilə inanılmaz videolar, şəkillər çəkilir, bir sözlə, dronlar müasir həyatın elementlərindən birinə çevrilib.
 
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, “DJI” və “Parrot” kimi şirkətlər böyük və çox güclü dronlar hazırladığı bir vaxtda “Axis Drones” adlı istehsalçı miniatür kvadrokopterlərin yaradılması ilə məşğuldur.
 
 Belə ki, “Aerius” adlı pilotsuz uçan aparatın eni 3 sm-dən bir qədər çoxdur. Bu dron barmağın ucunda belə yerləşir.
 

 
“Aerius” dronu jiroskopa əsaslanan sabitləşmə sistemi, “LED” işıqlandırma, məkanda istiqaməti müəyyən etmək üçün “ağıllı” nəzarət sistemi və digər elementlərlə təchiz edilib.
 
 
Sözügedən dronda 80 milliamper/saat tutumunda akkumulyator batareyasından istifadə edilir ki, bu da 5-7 dəqiqəlik uçuş üçün kifayətdir. Amma bu akkumulyator 15 dəqiqə ərzində enerji toplayır.
 
 
Bu miniatür dronu 35 dollara satın almaq olar.
 
Emil Hüseynov




15/08/15    Çap et