Zaqatalada genişzolaqlı internet istifadəçilərinin sayı 3576 abonent artıb
Zaqatala Rayon Telekommunikasiya Qovşağı informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin genişləndirilməsi və əhalinin müasir telekommunikasiya xidmətlərinə olan tələbatının ödəbilməsi üçün davamlı tədbirlər həyata keçirir.
Qovşaqdan
AZƏRTAC-a bildiriblər ki, son iki ildə rayonda genişzolaqlı internet istifadəçilərinin sayı 3576 abonent artaraq 9256-ya çatıb.
Bu abonentlərin 2037-si özəl, 7219-u “Aztelekom.net” provayderinin payına düşür. Hazırda Qovşaq üzrə genişzolaqlı internet istifadəçilərinin sıxlığı 47 faiz təşkil edir.