Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Böyük Britaniya kibertəhlükəsizliyin inkişafına 3 milyard dollardan çox vəsait xərcləyəcək


"The Sunday Times" nəşri yazır ki, Böyük Britaniya hakimiyyəti ölkənin kiberməkandakı fəaliyyətinə sərf olunan xərclərini artırmağı planlaşdırır.
 
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, mövcud təhdidlərə qarşı fəaliyyəti gücləndirmək və bu sahədə təşəbbüsə yiyələnmək məqsədi ilə belə qərar qəbul edilib.
 
Nəşrin məlumatına görə, Britaniya hakimiyyəti Rusiya və Çindən gələn təhdidlərə qarşı davam gətirmək üçün kiberməkanda aparılan müharibələrdə öz iştirakını 10 dəfə maliyyələşdirməyi planlaşdırır. Növbəti 5 ildə Böyük Britaniyanın kiberproqramına 3 milyard dollardan çox vəsait yatırılacaq.
 
Bundan əvvəl BMT Şurası internet məkanda müəyyən qaydaların yaradılması zərurəti ilə razılaşıb və bütün ölkələr bu qaydalara riayət etməlidir.
 
Emil Hüseynov




17/08/15    Çap et