Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qlobal smartfon bazarı üzrə proqnoza yenidən baxılıb


"Morgan Stanley" analitikləri inkişaf etmiş və formalaşmış bazarlarda smartfonlara tələbatın azalması fonunda qlobal smartfon bazarının artım tempi üzrə proqnoza yenidən baxıblar. Ekspertlər 2015-2016-cı illərdə smartfonların tədarükünü müvafiq olaraq 3,1 və 6,3 faiz azaldıblar.
 
"Focus Taiwan" nəşri yazır ki, analitiklər hesab edir ki, 2015-2016-cı illərdə tədarükün həcmi müvafiq olaraq 1,46 və 1,61 milyard təşkil edəcək.
 
Smartfonların satışı üzrə ən böyük regional bazar olan Çinə smartfonların tədarükü planlaşdırıldığından 1,4 faiz az olacaq. Yeni qiymətləndirməyə əsasən, Çinə 433 milyon smartfon tədarük ediləcək ki, bu da 2015-ci il üçün proqnozlaşdırılmış nəticədən yalnız 2 faiz yüksəkdir. Cari ildə mütəxəssislər Çinə smartfon tədarükünün 1 faiz səviyyəsində artımını gözləyirlər.
 
ABŞ investisiya bankının analitiki Casmin Lyu Çin və inkişaf etmiş ölkələrdə smartfonların nüfuzetmə səviyyəsinin yüksək dərəcəsini, əhalinin alıcılıq qabiliyyətini zəiflədən valyuta dəyişikliklərini smartfon tələbatına mənfi təsir edən amillər kimi göstərib, - "Dailycomm.ru" yazır.


 
Emil Hüseynov
 




17/08/15    Çap et