Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan nüfuzlu beynəlxalq elmi konfransın təşkilatçılarından biridir
Azərbaycanın Qafqaz Universiteti və Rusiyanın Cənubi Federal Universitetinin təşkilatçılığı ilə bu il “AICT-2015” İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 9-cu Beynəlxalq Konfrans cari ilin 14-16 oktyabr tarixlərində Rusiyanın Rostov-Don şəhərində keçiriləcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “AICT2015” bu dəfə ABŞ-ın Elektrotexnika və Elektronika üzrə Mühəndislər İnstitutunun (IEEE), onun Azərbaycanda kompüter cəmiyyətinin sponsorluğu və “CeDAWI” – tətbiqi elmi-araşdırma mərkəzinin dəstəyi ilə baş tutacaq.
“AICT-2015”-in əsas məqsədi elmi tədqiqatların və eksperimentlərin nəticələrinin, İT sahəsində innovativ ideyaların nümayişi və müzakirəsi, təcrübə mübadiləsi üçün platforma təqdim etməkdir. Konfrans, Azərbaycanla yanaşı, Avstraliya, Çin, Finlandiya, Gürcüstan, Almaniya , Hindistan və dünyanın 50-dən yuxarı ölkəsinin marağına səbəb olub.
Konfransın gündəliyinə 80 mövzu daxildir.
Aynur Vəliyeva
20/08/15 Çap et