Çində kibercinayətkarlığa görə 15 min nəfər həbs edilib
Çin İctimai Təhlükəsizlik Nazirliyi internetdə cinayətkarlığa qarşı mübarizəni gücləndirmək niyyətindədir. Bu barədə nazirliyin rəsmi saytında deyilir. Son vaxtlar nazirlik 7400-ə yaxın cinayət işini təhqiq edərək 15 min nəfəri həbs edib. Onlar kompüter sistemlərinə müdaxilədə, fırıldaqçılıqda, eləcə də qumar oyunlarının təbliğində ittiham olunurlar.
Məlumata görə, baş vermiş insidentlərin birində şübhəlilər şirkətlərdən birinin saytına müdaxilə edərək onun səhifəsinə qumar oyunlarının reklamını yerləşdirib. Faktla bağlı yeddi nəfər həbs olunub. Təhqiqat zamanı həmçinin onlar tərəfindən daha iki min sayta müdaxilə aşkarlanıb.
Çin İctimai Təhlükəsizlik Nazirliyi cinayətlərin təhqiqi ilə yanaşı, şəbəkədən təhqiredici və zərərli materialların ləğvi ilə məşğul olur, -
"Computerworld” yazır.