Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MyVideo” mobil əlavəsi vasitəsilə milli kanalların verilişlərini istənilən mobil qurğudan izləmək olacaq


Bu ilin sonuna kimi Azərbaycanın bütün mobil qurğu istifadəçiləri “MyVideo” mobil əlavəsi vasitəsilə milli kanalların verilişlərini  yükləyərək izləyə biləcəklər.
 
Azərbaycan Kabel Operatorları Assosiasiyasının icraçı direktoru Əli Əliyevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, beləliklə “iOS”, “Android”, “Windows” platformaları üzərində işləyən istənilən mobil qurğularda milli kanalları və onların 10 günlük arxivindən verilişlərini izləmək mümkün olacaq.
 
“Bundan başqa, xarici şirkətlərin retranslyasiya xidmətlərinin tarifləri artdığını nəzərə alaraq, kabel televiziya operatorları vahid tarif tətbiq edərək xidmət göstərmək qərarına gəliblər. Beləliklə, sentyabrın 1-dən etibarən bütün kabel televiziya operatorları aylıq tariflərini 10 manat məbləğində təyin ediblər”, - deyə Ə. Əliyev bildirib.
 
Aynur Vəliyeva




20/08/15    Çap et