Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
4 466 metrlik yüksəklikdə internetlə onlayn əməliyyat həyata keçirilib
Azərbaycanın ən hündür nöqtəsində - 4 466 metrlik yüksəklikdə mobil cihazlarla internetə daxil olaraq ölkədə təqdim olunan onlayn əməliyyatlardan istifadə etmək mümkündür.
“ICTnews” Elektron Xəbər Xidməti bildirir ki, ölkəmizin ən hündür nöqtəsi olan Bazardüzü zirvəsində mobil cihazla internetə daxil olaraq onlayn əməliyyat həyata keçirilib.
Əməliyyatı “Atəşgah” Sığorta şirkətinin əməkdaşları reallaşdırıb. Şirkət əməkdaşları tərəfindən məlum coğrafi səbəblərdən paytaxtda və regionlarda gedən proseslərdən müəyyən qədər təcrid olunmuş Xınalıq kəndinin sakini Rasim Aslanova sahibi olduğu QAZ 66 markalı yük avtomobili üçün icbari sığorta şəhadətnaməsi yazılıb.
Maraqlı məqam odur ki, şəhadətnamə Bazardüzü dağının tam zirvəsində, mobil cihaz vasitəsilə İcbari Sığorta Bürosunun onlayn sistemində yazılıb və Rasim Aslanova təqdim edilib.
Beləliklə, “Atəşgah” Sığorta şirkəti öz missiyasının tərkib hissəsi olan və daima əməl etdiyi “əhalinin sığorta barədə maarifləndirilməsi” vəzifəsini Azərbaycanın ən ucqar nöqtəsində də həyata keçirmiş olub.
SEYMUR
20/08/15 Çap et