Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil ödənişlər bazarında böyük artım gözlənilir


"International Data Corporation" (IDC) şirkətinin yeni tədqiqatına görə, 2017-ci ildə dünyada mobil ödənişlərin həcmi 1 trilyon dollara çatacaq ki, bu da 2015-ci ildə proqnozlaşdırılan 500 milyard dollardan iki dəfə çoxdur. İki ildən sonra mobil ödənişlərin həcminə görə lider mobil ticarətin inkişafı üçün çoxlu təşəbbüs və imkanlar sayəsində Asiya-Sakit okean regionu olacaq.  
 
"Asiya-Sakit okean regionunda smartfonların nüfuzetmə səviyyəsi əhalinin bank sektoruna cəlb edilməsindən daha sürətlə artır. Bir sıra region ölkələrinin diqqəti əhalinin maliyyə sahəsinə cəlb etməsinə yönəltməsi onların bank xidmətlərinə qoşulmasına səbəb olub. Bank hesabı ilə bağlı olan bir neçə innovativ elektron pul kisələrinin yaranması isə regionda mobil ödənişlərin inkişafına güclü təkan verib", - "IDC"-nin elmi əməkdaşı Şiv Putça bildirib.
 
Ekspert həmçinin əlavə edib ki, regionda mobil ödənişlərin böyük artımının proqnozlaşdırılmasına baxmayaraq qitənin əsas əhalisinin məskunlaşdığı  inkişaf etməkdə olan Asiya bazarları (Çin, Hindistan, İndoneziya) əlavələrdə "NFC" texnologiyasından istifadə etməyəcək. Bunun əvəzinə kredit kartları kimi analoji işləyən mobil pul kisələri populyarlaşacaq, - "Payspacemagazine" yazır.




20/08/15    Çap et