Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ünsiyyət üçün ən təhlükəsiz qurğu hansıdır?


"Wired" resursunun jurnalisti Cozef Koks "iPod touch" multimedia oxuducusunu şəbəkədə ünsiyyət üçün ən təhlükəsiz qurğu adlandırıb.
 
Koks hesab edir ki, "iPod touch" təhlükəsizlik baxımından bir çox hökumət qurğularından  üstündür. "Apple"ın cihazı üç əsas amili özündə birləşdirir: mobil modulu yoxdur, təhlükəsiz "iOS" platformasında işləyir və ucuzdur. "iPhone" və başqa telefonlar daima operatorların qüllələri ilə əlaqə quraraq iz qoyurlar. "iPod" bu çatışmazlıqdan məhrumdur, amma bu halda "Wi-Fi" vasitəsilə zəng etməyə imkan verir.
 
"iPod touch" qurğusunun başqa vacib üstünlüyü əməliyyat sistemidir. "iOS" hazırda ən təhlükəsiz mobil platforma hesab edilir.
 
Emil Hüseynov
 

 




21/08/15    Çap et