Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gartner” gələcəyin ən perspektiv texnologiyalarının adını açıqlayıb


“Gartner” tədqiqat şirkətinin analitikləri 2016-cı ilin ortalarına kimi yeni texnologiyaların inkişaf və populyarlıq reytinqi üzrə proqnozunu dərc edib. Kompüter və insanın arasında qarşılıqlı əlaqə, süni intellekt, həmçinin danışığın tanınması və sintezi ən perspektiv texnologiyalar adlandırılıb.
 
 
“ICTnews.az” saytı “lenta.ru” saytına istinadən xəbər verir ki, analitiklərin qiymətləndirməsinə görə, sürücüsüz avtomobillər, “ağıllı” evlər, danışığın tanınması və sintezləşdirilməsi 2015-ci ildə ən çox müzakirə edilən mövzular olub. Kompüter təlimi (kompüterin öz sistemlərini inkişaf etdirmək və insanlar kimi öyrənmək qabiliyyəti) sürətlə inkişaf edən trend adlandırılıb.
 
Kompüter analitik sistemləri artıq informasiya massivlərini  dərindən təhlil edərək insanlardan daha dəqiq proqnoz  verə bilir. Belə sistemlərin tam təkmilləşməsinə 2 ildən 5 ilədək vaxt lazım olacaq.
 
Daşınan cihazlar, məsələn, “ağıllı” saat və fitnes trekerlər istifadəçiləri məyus edib: bu tip qurğular hələ ki bir sıra natamamlıqlara malikdirlər. “Gartner”in analitiklərinin fikrincə, sənaye istehsalı üçün “3D” çap, jestlərin köməyi ilə cihazların idarə edilməsi və virtual reallıq  yaxın vaxtlarda gündəlik həyatın bir hissəsi kimi qəbul ediləcək.
 
Texnologiyaların populyarlığının və onların potensialının qiymətləndirilməsi metodologiyası 1995-ci ildə “Gartner” analitikləri tərəfindən təşviq edilib. Məsələn, “Gartner” ekspertləri ilk icmalda “Bluetooth”, biometrik texnologiyalar və simsiz internetin inkişafını proqnozlaşdırmışdı.
 
Emil Hüseynov
 




21/08/15    Çap et