Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“iPhone” smartfonu artıq dəbdə deyil
Hazırda “iPhone” smartfonu artıq əvvəlki kimi dəbdə deyil. “HTC” şirkətinin Amerika bölməsinə rəhbərlik edən Martin Fiçter əminliklə bildirib ki, qızını yaxın vaxtlarda kollecə aparıb və ordakı tələbələrdən heç birində “Apple” şirkətinin smartfonunu görməyib.
"Onların heç birində “iPhone” yox idi, tələbələr atalarında “iPhone” olduğunu bildiriblər" – “GeekWire” Tayvan istehsalçısının nümayəndəsindən sitat gətirir.
Martin Fiçterin sözlərinə görə, tələbələr əsasən “HTC”, “Samsung” və hətta naməlum Çin şirkətlərinin modellərindən istifadə edirlər.
Martin Fiçter, həmçinin, patent mübahisələri mövzusuna da toxunub. “HTC” nümayəndəsi hesab edir ki, onlar istehsalçıları yeni texnologiya və qurğular üzərindəki işlərdən yayındırır. Korporasiya intellektual mülkiyyət hüquqlarına hörmət edir.
13/09/11 Çap et