Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin öz “GPS” analoqunu yaradır


“Alibaba” internet şirkəti Çinin “Norinco” silah istehsalçısı ilə qlobal mövqetəyinetmə sisteminin yaradılması ilə əlaqədar razılaşma imzalayıb. Yeni sistem Çinin “Beidou” GPS alternativindən istifadə edəcək. İki şirkət yeni ortaq müəssisənin inkişafına 310 milyon dollardan çox vəsait yatırıblar.
 
Yeni müəssisə yerli şirkətlərə naviqasiya məlumatlarının təqdim edilməsi üçün “Beidou” peyklərindən istifadə edəcək.
 
“ICTnews.az” saytı “hi-news.ru” saytına istinadən xəbər verir ki, bu hadisə ölkənin ABŞ-ın “GPS” xidmətindən asılılığı ilə mübarizədə daha bir böyük addımdır və “Beidou” xidmətinin istifadəyə verilməsindən 2 il sonra baş verib. 2020-ci ilə “Beidou” bütün dünyada istifadəçilər üçün əlçatan olacaq.
 
Emil Hüseynov




21/08/15    Çap et