Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hollandiyada sürücüsüz mikroavtobuslar sərnişinləri daşıyacaq


2015-ci ilin noyabrında Hollandiyada istifadəyə veriləcək 11 km-lik ilk marşrut üzrə sərnişinləri sürücüsüz "WEpod EZ" mikroavtobusları daşıyacaq.

Mikroavtobus həmin məsafəni saatda 25 kilometr sürətlə qət edəcək. Kabinə 6 sərnişin üçün nəzərdə tutulub, nəqliyyat vasitəsinin gediş ehtiyatı təxminən 100 km təşkil edir. Mikroavtobuslarda gediş haqqı ödənişsiz və smartfona  quraşdırılmış mobil proqram vasitəsilə  konkret reys üçün əvvəlcədən yer sifariş etmək olacaq.

Hər bir "EZ-10" mikroavtobusunun hərəkətini sığortalamaq üçün idarə mərkəzindən operator uzaq məsafədən müşahidə aparacaq. Fövqəladə vəziyyət zamanı operator avtobusu idarə edə bilər, həmçinin salonda qəzalı dayanacaq düyməsi yerləşdirilib. 2016-cı ildə marşrutların sayının artırılması və ya sürücüsüz ictimai nəqliyyat layihəsinin dayandırılması haqda qərar qəbul ediləcək.

Emil Hüseynov





22/08/15    Çap et