Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni kvant kompüteri ənənəvi kompüterlə müqayisədə 600 dəfə daha sürətli işləyir


“D-Wave Systems” şirkəti yeni “D-Wave 2X” kvant kompüterini istifadəyə verib və bildirib ki, qurğunun məhsuldarlığı ənənəvi kompüterlərin müvafiq göstəricisini 600 dəfə ötür.
 
“D-Wave 2x” sözügedən şirkət tərəfindən yaradılmış üçüncü kvant kompüteridir və min kubitdən ibarətdir: bu göstərici əvvəlki modeldən iki dəfə yüksəkdir. Bundan başqa, yeni kompüter əvvəlki ilə müqayisədə iki dəfə daha az səs-küy salır. “D-Wave 2X” kvant kompüteri 15 millikelvindən aşağı temperaturda işləyir.
 
“ICTnews.az” saytı “lenta.ru” saytına istinadən xəbər verir ki, şirkət tərəfindən ixtisaslaşdırılmış proqram təminatı ilə keçirilmiş sınaqların nəticələrinə əsasən, yeni qurğu ənənəvi kompüterlə müqayisədə optimallaşdırma məsələlərini 600 dəfə daha sürətli işləyir.
 
“D-Wave Systems” şirkətinin qərargahı Kanadada yerləşib. Hazırda dünyada hazırladığı kvant kompüterlərini satan yeganə şirkətdir. “Google” və “NASA” bu şirkətin müştərisidir. Kvant kompüteri ənənəvi kompüterdən fərqli olaraq kvant mexanikasının qanunları əsasında işləyir. Belə ki kvant kompüterində hesablamalar kubitlərdən istifadəyə əsaslanır.
 
Emil Hüseynov




24/08/15    Çap et