Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Adi məlumat mübadilə vasitələrinin populyarlığı iri sosial şəbəkələri geridə qoyub


Dünyanın ən böyük sosial şəbəkələrinin artımı zəiflədiyi halda gənclər arasında "WhatsApp", "Snapchat", "Wickr" və s. kimi adi məlumat mübadiləsi əlavələrinin populyarlığı kəskin yüksəlir. Bu barədə "Pew Research Center" müstəqil tədqiqat mərkəzi tərəfindən ABŞ-da keçirilən sorğunun nəticələrində deyilir.  
 
Bütün smartfon sahiblərinin 36 faizi və 18-29 yaşlı smartfon sahiblərinin 49 faizi "Facebook Messenger", "Kik" və digər məlumat mübadiləsi əlavələrindən istifadə edir. Məlumatları qısamüddətli saxlayan sistemlərdən smartfon sahiblərinin 17 faizi və gənclərin 41 faizi yararlanır.
 
"Facebook" ABŞ-da ən populyar sosial şəbəkə olaraq qalır. Yaşlı amerikalıların 62 faizi burada səhifə açıb və onların 70 faizi şəbəkəyə hər gün daxil olur. "Facebook" həmçinin ən çox yayılmış iki məlumat mübadilə əlavəsinə - "WhatsApp" və "Facebook Messenger" xidmətlərinə sahibdir. Lakin sosial şəbəkə istifadəçilərinin artım payı digər dörd aparıcı sosial şəbəkə - "Instagram", "LinkedIn", "Pinterest" və "Twitter" kimi dayanıb.
 
İstifadəçilərin 15 faizi xəbərləri "reddit", "Digg", "Slashdot" kimi populyar forumlarda oxuyur və müzakirə edir, - "Computerworld" yazır. 





24/08/15    Çap et