Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Əhali arasında e-xidmətlərdən istifadə edənlərin sayı artıb
Vergilər Nazirliyi (VN) tərəfindən əhaliyə 58 adda elektron xidmət göstərilir. VN-dən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, rüsumların, vergilərin, inzibati cərimələrin və digər ödənişlərin elektron qaydada ödənilməsinin təkmilləşdirilməsi nəticəsində əhali arasında e-xidmətlərdən istifadə edənlərin sayı artıb.
Təkmilləşdirmə sayəsində vergi ödəyiciləri tərəfindən ödənilən vəsaitin miqdarında da hər il artım qeydə alınır.
Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə
Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin çeşidinin artırılması və
təkmilləşdirilməsi istiqamətində elektron qaydada təqdim edilən ərizəyə əsasən 226 fərdi sahibkar qeydiyyata alınıb və onlara VÖEN verilib.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Elektron xidmətlərin siyahısı”na daxil edilmiş daha 7 elektron xidmət, o cümlədən “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı”, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı”, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatdan çıxarılması”,
“ƏDV məqsədləri üçün qeydiyyatın onlayn ləğv edilməsi”, “Vergi partnyorluğu Sazişi”nin bağlanması üçün ərizələrin qəbulu”, “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ın təqdim edilməsi və “Azərbaycan Respublikasında kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc edilməsi ilə bağlı müraciətlərin qəbulu və dərc olunma faktını təsdiq edən sənədin verilməsi” xidmətləri üzrə müvafiq proqram təminatları hazırlanaraq istifadəyə verilib.
Eyni zamanda Vergilər Nazirliyi tərəfindən “Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu” və “Çağrı Mərkəzi vasitəsi ilə Sadələşdirilmiş verginin bəyannaməsinin təqdim edilməsi” üzrə elektron xidmətlərin layihəsi hazırlanıb və onların da “Elektron xidmət növlərinin Siyahısı”na əlavə edilməsi üçün Nazirlər Kabinetinə müraciət edilib.
SEYMUR
24/08/15 Çap et