Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
TASİM layihəsi beynəlxalq tədbirdə müzakirə olunacaq
BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UN ESCAP) və Koreya Respublikasının Elm, İKT və Gələcək Planlaşdırma Nazirliyi ilə birgə Asiya-Pasifik İnformasiya Magistralı üzrə İşçi Qrupunun 1-ci toplantısı keçiriləcək.
Cari ilin sentyabrın 1-2-də Koreyanın İnçheon (Cənubi Koreya) şəhərində baş tutacaq tədbirdə bir sıra aktual İKT məsələləri müzakirə ediləcək.
Azərbaycan nümayəndələrinin də sözügedən beynəlxalq tədbirdə təmsil olunması nəzərdə tutulub.
Qeyd edək ki, İşçi Qrupunun 1-ci toplantısında iştirak etmək məqsədi ilə EuraCA/ TASİM İdarəetmə Qrupuna rəsmi dəvət məktubu göndərilib.
Onu da qeyd etmək yerinə düşər ki, EuraCA/TASİM qrupunun adı çəkilən tədbirdə iştirakına dair təklif AR xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev tərəfindən irəli sürülüb. Belə ki, son dövrlər XİN TASİM layihəsinə xüsusi diqqət ayırıb və xüsusilə də SPECA-TASİM-CAREC əməkdaşlığının formalaşmasında ciddi səylər göstərib.
Bundan əlavə TASİM layihəsi UN ESCAP və Asiya-Pasifik İnformasiya Magistralı ilə sıx əməkdaşlıq etməkdədir.
Bu əməkdaşlıq UN ESCAP tərəfindən keçirilən tədbirlərdə qəbul edilən rəsmi sənədlərdə öz əksini tapıb.
SEYMUR
24/08/15 Çap et