Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qərbi Avropada çap qurğularının satış həcmi artıb
“Context” şirkətinin hesablamasına görə, 2015-ci ilin ikinci rübündə Qərbi Avropada çap qurğularının satış həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz yüksəlib. Çap bazarının artımı çoxfunksiyalı qurğular üçün tələbat yaradıb.
Hesabat rübündə şırnaqlı çoxfunksiyalı qurğuların satış həcmi 4 faiz artaraq satılmış bütün qurğuların 60 faizini təşkil edib. “HP” (+5%) və “Canon” (+17%) şirkətləri maksimum artım nümayiş etdiriblər.
“ICTnews.az” saytı “it-weekly.ru” saytına istinadən xəbər verir ki, eyni zamanda hesabat dövründə lazer çoxfunksiyalı qurğuların satış həcmi 6 faiz artdığı halda adi lazer printerlərinin satış həcmi isə 10 faiz azalıb.
Hesabat dövründə Avstriyada çap qurğularının satış həcmi 23 faiz artıb ki, bu da region üzrə maksimum göstəricidir. Həmçinin artım İspaniyada 19 faiz, Belçika və Norveçdə 15 faiz təşkil edib. Fransada çap qurğularının satış həcmi 9 faiz, Almaniyada 1 faiz yüksəlib. İtaliyada sözügedən bazarda artım dayanıb. İsveç (-3%), Böyük Britaniya (- 4%), İsveçrə (- 8%) və Hollandiya (- 9%) ölkələrində mənfi dinamika qeydə alınıb.
Danimarka və Finlandiyada bu göstərici mənfi 14 faiz təşkil edir.
Emil Hüseynov
25/08/15 Çap et