Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Region ölkələri Astanada “Poçt sahəsində iri müştərilərlə işin təşkili” mövzusunu müzakirə edəcək
Qazaxıstanın paytaxtı Astana şəhərində poçt sahəsinin inkişafı istiqamətində növbəti konfrans keçiriləcək.
Ümumdünya Poçt İttifaqının (ÜPİ) və Regional Rabitə Birliyinin (RRB) birgə təşkilatçılığı ilə bu il oktyabrın 6-7 tarixlərində baş tutacaq regional konfransda poçt sahəsindəki xidmət sektoru diqqət mərkəzində olacaq. “Poçt sahəsində iri müştərilərlə işin təşkili” mövzusunda keçiriləcək tədbirdə həm region ölkələrinin poçt sahəsi üzrə mütəxəssisləri, həm də ÜPİ-nin və RRB-nin rəhbər nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, oktyabrın 8-də isə Astana poçt sektorunu əhatə edən daha bir əhəmiyyətli tədbirə ev sahibliyi edəcək.
Belə ki, sözügedən tarixdə RRB-nin Poçt Komissiyasının və Poçt Operatorlar Şurasının növbəti iclası baş tutacaq. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə məlumat verən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov bildirib ki, iclasda RRB-nin yaradılmasının 25 illiyi qeyd edilməsinə hazırlıqla yanaşı, ÜPİ-nin 2016-cı ildə İstanbulda keçiriləcək 26-cı konfransına hazırlıq və bununla bağlı İşçi Qrupunun formalaşdırılması, İstanbul Strategiyası ilə bağlı Minskdə hazırlanan prinsip və prioritetlərlə iştirakçıların məlumatlandırılması məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Eyni zamanda, RRB-yə daxil olan üzv ölkələrin birgə poçt markalarının buraxılması mövzusu da müzakirə predmeti olacaq.
SEYMUR
25/08/15 Çap et