Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” elektron kağızdan klaviatura yaradır
"Microsoft" şirkətinin planşet kompüterləri üçün təqdim etdiyi klaviatura prototipi sensor ekrana malik ayrıca "e-ink" ekrandan ibarətdir.
"ICTnews.az" saytı "interfax.ru" saytına istinadən xəbər verir ki, çarxda "Microsoft Surface" planşetində "DisplayCover" klaviaturasının işi nümayiş etdirilir. Həm əməliyyat sisteminin interfeysinin elementlərini, həm də müxtəlif proqramların alətlər panelini klaviaturanın əlavə ekranına çıxarmaq olar.
Bundan başqa, ekranda hər hansı başqa proqramdan istifadə etmək olar: məsələn, "Microsoft" videozəng zamanı köməkçi ekrandan elektron poçtun göndərilməsi mümkündür. Klaviaturaya quraşdırılmış ekranın təsvir ölçüsü 1280x305 piksel təşkil edir.
Multitaç və stilusla əllə daxiletmə dəstəklənir.
Qeyd edək ki, "DisplayCover" klaviaturasının kütləvi istehsalı haqda heç bir məlumat verilmir.
Emil Hüseynov
26/08/15 Çap et