Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tacikistanda “Facebbok” və “Youtube” resurslarına giriş bloklanıb


Tacikistanın internet provayderləri və mobil operatorları Respublika Hökuməti yanında Rabitə Xidmətinin qərarına əsasən "Facebook" şəbəkəsinə və "YouTube" videohostinqinə girişi bloklayıb.

"ICTnews.az" saytı "interfax.ru" saytına istinadən xəbər verir ki, Rabitə Xidməti provayderlərə ənənəvi olaraq şifahi formada verilmiş sərəncamını şərh etmir.

"Biz istifadəçilərimizin "Facebook" və "YouTube" resurslarına girişinin bağlanması haqda Rabitə Xidmətinin qərarını icra etmişik. Səbəbini bizə izah etməyiblər" – şirkətlərdən birinin nümayəndəsi deyib.

Hakimiyyət sonuncu dəfə cari ildə mayın 29-dan iyunun 9-dək müddətdə bir sıra social şəbəkələri bloklayıb.

Emil Hüseynov




26/08/15    Çap et