Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2015-ci ilin ikinci rübündə qlobal server bazarında gəlir 6,1 faiz artıb
“IDC” analitik şirkətinin məlumatına görə, 2015-ci ilin ikinci rübündə aparıcı server avadanlığı istehsalçılarının gəliri illik hesablama üzrə 6,1 faiz artaraq təxminən 13,5 milyard dollar təşkil edib.
“ICTnews.az” saytı “dailycomm.ru” saytına istinadən xəbər verir ki, məlumata əsasən, cari ilin aprel-iyununda ümumilikdə 2,29 milyon server tədarük edilib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz daha yüksəkdir. ABŞ və Asiya-Sakit okean regionunda bu məhsula yüksək tələbat müşahidə olunub.
Hesabata əsasən, “HP” şirkəti gəlir həcminə görə liderdir, ötən illə müqayisədə serverlərin satış həcmi 7,7 faiz artıb.
Analitiklər ikinci pillədə qərarlaşmış “Dell” şirkətində 5,9 faizlik artım qeydə alıblar. Şirkət serverlərin satışından 2,36 milyard dollar qazanıb.
“IBM” korporasiyası üçüncü pillədə qərarlaşıb.
Emil Hüseynov
26/08/15 Çap et