Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Faceboook” şirkəti “M” virtual köməkçisini sınaqdan keçirir


"Facebook" sosial şəbəkəsi ən yeni məhsulunun ("M" adlı virtual köməkçi) sınaqlarına başlayıb. Hələ ki yeni məhsul San-Fransisko (Kaliforniya ştatı) şəhərində əlçatandır.
 
"ICTnews.az" saytı "tass.ru" saytına istinadən xəbər verir ki, "Facebook"-un yeni köməkçisi süni intellekt texnologiyasına əsaslanır.
 
 "M" virtual köməkçisi yalnız istifadəçinin sorğularını cavablandırmır, həm də məntiqə əsaslanaraq müəyyən hərəkətləri icra edir".
 
"M" virtual köməkçisi "Facebook" messencerinə inteqrasiya edilib. Sosial şəbəkənin yeni həlli "Google", "Apple" və "Microsoft" şirkətlərinin müvafiq köməkçiləri (müvafiq olaraq "Google Now", "Siri" və "Cortana") ilə rəqabət aparmağa başlayacaq.
 
"İndi bazarda mövcud olan və süni intellektə əsaslanan xidmətlərdən fərqli olaraq "M" virtual köməkçisi istifadəçi üçün müxtəlif hərəkətləri etməyə qadirdir"– "Facebook"un yaydığı məlumatda belə deyilir.
 
Virtual köməkçi məhsullar satın ala, restoranda masa sifariş və ya səfərlər təşkil edə bilər.
 
"Facebook" şirkəti San-Fransiskoda keçirilmiş sınaqlardan sonra "M" virtual köməkçisinin fəaliyyətini digər regionlarda da genişləndirməyi planlaşdırır.
 
Emil Hüseynov




27/08/15    Çap et