Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hər dördüncü “Apple Watch” istifadəçisi “Apple Pay” ödəmə xidmətindən istifadə edir
“Apple Pay” mobil ödəniş platforması “Apple Watch” qurğusundan istifadə edənlər arasında sürətlə populyarlaşır.
“ICTnews.az” saytı “macdigger.ru” saytına istinadən xəbər verir ki, ABŞ və Böyük Britaniyada (“Apple Pay” xidməti hələ ki yalnız bu iki ölkədə əlçatandır) “Apple Watch” qurğu sahibləri arasında keçirilmiş sorğunun məlumatlarına əsasən analitiklər belə qərara gəliblər ki, "alma" şirkətinin ödəmə xidməti “iPhone” istifadəçiləri ilə müqayisədə "ağıllı" saat sahibləri arasında daha populyardır.
“Apple Watch” smart saatından istifadə edənlərin 78 faizi xidmətdən həftədə bir neçə dəfə müntəzəm, 61 faizi vaxtaşırı istifadə edir.
Rəyi soruşulmuşların əksəriyyəti (86 faiz) əlçatan ödəniş üsulları arasında “Apple Pay” metodunu aktiv axtarır və əgər sonuncu əlçatandırsa, istifadəçilərin 81 faizi bu ödəmə metodundan istifadə etməklə tranzaksiyanı həyata keçirir.
Emil Hüseynov
27/08/15 Çap et