Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda innovasiyaların tətbiqinə ABŞ sərmayələrinin cəlb edilməsi gözlənilir


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) köməyi ilə noyabrın 18-20-də Bakıda Amerika-Azərbaycan Ticarət Palatasının ticarət missiyası baş tutacaq.


“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, missiyanın keçirilməsində təşkilatı dəstəyi YTP ilə yanaşı, ABŞ Kommersiya xidməti, “Bloomberg Media”, “AmCham Azerbaijan”, “Azpromo” və Amerika-Türkiyə Ticarət Palatası göstərəcəklər.
 
Ticarət missiyasının məqsədi, Azərbaycan iqtisadiyyatının diversifikasiyası çərçivəsində, yeni texnologiyaların və xidmətlərin tətbiqini nəzərdə tutan layihələrə ABŞ-dan potensial tərəfdaşların və sərmayələrin cəlb edilməsidir.
 
Missiyada ABŞ-ın xidmət təchizatçıları, investorlar, kənd təsərrüfatı, bank, maliyyə, neft-kimya sənayesi, təhsil, energetika, qida sənayesi, tibb, informasiya texnologiyaları, tikinti, turizm və s. sahələr üzrə  məsləhətçiləri iştirak edəcəklər.
 
Daha ətraflı məlumatı bu internet ünvanından əldə etmək olar.
 
Aynur Vəliyeva




27/08/15    Çap et