Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Amazon” “ağıllı” mətbəx üçün kompüter hazırlayır
“Amazon” şirkəti “ağıllı” mətbəx üçün kompüter hazırlayır. Qurğunun kod adı “Kabinet” adlanır.
“ICTnews.az” saytı “lookatme.ru” saytına istinadən xəbər verir ki, qurğunun tam funksional imkanı hələ ki bilinmir, ancaq mənbələrin məlumatına görə, “Kabinet” qurğusu “ağıllı” evin mərkəzi ola bilər, internetə daimi çıxışa malik olacaq və səs əmrlərini qəbul edə biləcək.
“IDC” analitik şirkətinin eksperti Tom Mainelli bildirib ki, belə qurğunun yaradılması “Amazon” üçün məntiqli addım sayıla bilər, sözügedən şirkətin qurğularının əksəriyyəti saytda daha sadə bazarlıq etmək üçün nəzərdə tutulub.
"Amazon şirkəti alıcılar haqda böyükhəcmli informasiya bazasına malikdir ki, bu da şirkətə nəzəri cəhətdən elə bir sistem yaratmağa imkan verir ki, lazımi məhsul evlərdə peyda olacaq".
Emil Hüseynov
27/08/15 Çap et