Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunacaq


Azərbaycan bu il noyabrın 17-19-da Keyptaunda (Cənubi Afrika) keçiriləcək “Africacom-2015” beynəlxalq İKT sərgisində təmsil olunacaq.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən,  sərgidə Azərbaycanı “Azercosmos” ASC-nin nümayəndəsi təmsil edəcək.
 
 
Bu il “AfricaCom” tədbiri İ-Hub ilə təchiz olunacaq və “MLab” ilə tərəfdaşlıq çərçivəsində innovativ hab yaradılacaq. Sərginin əsas məqsədi investisiyaların təşviqi və ölkənin İKT sahəsində uğurlarının təqdim edilməsidir.
Sərgi çərçivəsində “Africa Com Awards” müsabiqəsinin qaliblərinin mükafatlandırılması nəzərdə tutulur.
 
Qeyd edək ki, müsabiqə  “Şəbəkə təkmilləşdirməsi”, “İstehlakçı təcrübəsinin mükəmməl idarəetməsi”, “LTE inkişafında irəliləyiş”, “Afrika üçün ən yaxşı iqtisadi effektivlik həlli”, “Afrika üçün ən yaxşı həllin quraşdırılması”, “Afrika üçün VSAT-innovasiyalar”, “Ən yaxşı marketinq şirkəti”, “Mobilı Pul Cüzdanı xidməti”, “Afrika üçün ən yaxşı əlavə proqram”, “Afrika üçün ən yaxşı innovativ xidmət”, “Ən yaxşı Pan-Afrikan təşəbbüsü”, “Ən yaxşı baş direktor”, “Sosial həyata dəyişikliklər premiyası” nominasiyalarında keçiriləcək.
 
Bu il tədbirdə 140 ölkədən 375 eksponatın nümayişi, 350 dünya səviyyəli məruzəçinin çıxışı, 10 mindən çox  insanın iştirakı gözlənilir.
 
Aynur Vəliyeva




27/08/15    Çap et