Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” sentyabrın 9-da yeni cihazlarını təqdim edəcək


"Apple Inc." növbəti qlobal tədbirlərinin tarixini sentyabrın 9-na təyin edib. Bu haqda tədbirə dəvət almış Harri MakKraken "Twitter" mikrobloqlar şəbəkəsində yazıb.
 
"ICTnews.az" saytı "interfax.ru" saytına istinadən xəbər verir ki, tədbirdə ABŞ şirkətinin  "iPhone" smartfonu və başqa qurğularının yeni versiyalarını təqdim edəcəyi gözlənilir. Tədbir San-Fransiskoda baş tutacaq.
 
Xatırladaq ki, bundan əvvəl öz mənbələrinə istinadən "Buzz Feed News" nəşri yazmışdı ki, sentyabrın ikinci həftəsində yeni "iPhone" smartfonu, həmçinin "Apple TV"nin nümayişi gözlənilir.

 Nəşrin məlumatına əsasən, yeni nəsil "iPhone" smartfonu qorunmuş "Force Touch" ekranları, "A9" prosessoru, təkmilləşdirilmiş kamera və daha sürətli "LTE" rabitəsi ilə təchiz ediləcək.
 
"Apple" şirkəti həmçinin "iPad" planşet kompüterinin yeni modelini də bazara təqdim edə bilər.
 
Emil Hüseynov




28/08/15    Çap et