Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İşçilərin elektron informasiya sistemində qeydiyyatdan keçirilmədən əmək fəaliyyətinə cəlb olunmasına qarşı tədbirlər görüləcək


Sentyabr ayı Azərbaycanda “Təhlükəsiz iş aylığı” elan edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən elan olunan bu ayda işçilərin əmək müqaviləsi bağlanmadan və elektron informasiya sistemində qeydiyyatdan keçirilmədən, qeyri-leqal formada əmək fəaliyyətinə cəlb olunması hallarının aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək.
 
Həmçinin Tədbirlər Planına uyğun olaraq, sentyabrda sosial partnyorların və əlaqədar dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə belə müəssisələrdə və istehsalat qəzası riski yüksək olan digər sahələrdə əmək qanunvericiliyinə əməl olunması vəziyyəti yerindəcə araşdırılacaq. Həmin iş yerlərində əməyin mühafizəsi və ümumən əmək münasibətləri sahəsində aşkar edilən nöqsanlarına qarşı tədbirlər gücləndiriləcək.
 
 
Nazirlikdən qeyd edilib ki, “Təhlükəsiz iş aylığı”nın keçirilməsində məqsəd iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün önləyici tədbirlərin görülməsi, bu sahədə mövcud nöqsanların aradan qaldırılması, işəgötürənlərin və işçilərin bu məsələlərə diqqətinin artırılmasıdır.
 
 
 
 
Həqiqət İSABALAYEVA




28/08/15    Çap et