Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Fransa şirkəti “QXGA” təsvir ölçülü və səkkiznüvəli planşetini təqdim edib
Fransanın "Archos" mobil qurğular istehsalçısı yeni "Diamond Tab" planşet kompüterini təqdim edib. Yeni qurğu 4-9 sentyabr tarixlərində Berlində keçiriləcək "IFA 2015" sərgisində nümayiş etdiriləcək eksponatlardan biri olacaq.
Yeni cihaz 2048 x 1536 piksel ("QXGA") təsvir ölçülü 7,9 düymlük ekran, 1,7 QHs takt tezlikli 8 hesablama nüvəsinə malik 64 bitlik "MediaTek MT8752" prosessoru, "MaliT760-MP2" qrafik sürətləndiricisi ilə təchiz edilib. Əməli və daxili yaddaşın həcmi müvafiq olaraq 3 və 32 QB təşkil edir. Çıxarılıb taxılan "MicroSD" daşıyıcıları üçün slot quraşdırılıb.
Qurğunun əsas kamerasının təsvir ölçüsü 5 meqapiksel, ön kamerada isə 2 meqapiksel təşkil edir. "4G LTE", "3G HSPA+" (planşetdən mobil şəbəkələrdə zəng etmək mümkündür), "Wi-Fi 802.11 a/b/g/n", "Bluetooth 4.0" və "GPS" simsiz kommunikasiya dəstəyi var.
Qurğunun fiziki ölçüləri 202 x 134 x 7,8 mm, çəkisi 360 qram təşkil edir. Aparatın akkumulyator batareyasının tutumu 4800 milliamper/saatdır. Qurğu "Android 5.1 Lollipop" mobil əməliyyat sistemi ilə işləyir.
2015-ci ilin oktyabrında satışa çıxarılacaq "Archos Diamond Tab" modelinin dəyəri təxminən 275 dollar təşkil edəcək.
Emil Hüseynov
28/08/15 Çap et