Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniyalı yeniyetmələr “Microsoft” şirkətinə qarşı haker hücumuna görə həbs edilib


"Bloomberg" agentliyi yazır ki, 15-18 yaş aralığında altı Britaniyalı yeniyetmə ABŞ-ın ən böyük şirkətlərinin saytına haker hücumuna görə həbs edilib.
 
"ICTnews.az" saytı "interfax.ru" saytına istinadən xəbər verir ki, məlumata görə, yeniyetmələr kompüter dahisi deyil: onlar tanınmış "Lizard Squad" haker qruplaşması tərəfindən yaradılmış "Lizard Stresser" saytının xidmətindən istifadə ediblər.
 
Sayt DDoS hücumların təşkilini təklif edir, yəni adi istifadəçilərin virusa yoluxmuş kompüterlərindən şirkətin serverlərinə minlərlə sorğu göndərmək olar. Nəticədə server həddən artıq yüklənməyə dözmür və   sıradan çıxır.
 
Emil Hüseynov




29/08/15    Çap et