Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən bahalı “iPhone” smartfonları harada satılır?


18 sentyabr tarixində Böyük Britaniya, Almaniya və ABŞ-da yeni "iPhone 6s" və "iPhone 6s Plus" smartfonları satışa çıxarılacaq.
 
"iPhone 6" smartfonunun satış qiyməti ölkədən asılı olaraq çox fərqlənir. Dünyanın müxtəlif nöqtələrində eyni qurğunun satılmasına baxmayaraq, ən bahalı və ən ucuz qurğu arasındakı fərq 400 avro təşkil edir.
 
"ICTnews" Elektron Xəbər Xidməti  "macdigger.ru" saytına istinadən xəbər verir ki, Fransada 16 QB-lıq daxili yaddaşa malik "iPhone 6" smartfonunu satın almaq üçün 709 avro, "iPhone 6 Plus" smartfonu üçün isə 809 avro ödəmək lazımdır. Almaniyada "iPhone 6" qurğusunu 699, "iPhone 6 Plus" cihazını 799 avroya satın almaq olar. Belçika, Hollandiya, həmçinin İspaniyada sözügedən qurğunun satış qiyməti eynidir.
 
Sloveniyada 16 QB-lıq daxili yaddaşa malik "iPhone 6" smartfonunun satış qiyməti 705 avro təşkil edir. Sloveniya ailəsinin orta illik gəliri 21038 avro təşkil edir ki, bu da o deməkdir ki, "iPhone 6" smartfonunun dəyəri ailənin gəlirinin 3,35 faizini təşkil edir.
 
Lüksemburqda 16 QB-lıq "iPhone 6" cihazı üçün 675  avro ödəmək lazımdır.
 
İtaliyada sözügedən cihazın satış qiyməti çox bahadır: 16 QB-lıq yaddaşa malik "iPhone 6" smartfonu üçün 729 avro, 64 QB-lıq üçün 839 avro, 128 QB-lıq üçün 949 avro ödəmək lazımdır. İtaliyada "iPhone 6 Plus" qurğusunun dəyəri 839 avrodan başlanır.
 
Böyük Britaniyada "iPhone 6" smartfonunun dəyəri 733 avrodur. Qonşu İrlandiyada sözügedən smartfonu 699 avroya satın almaq olar.
 
Türkiyədə bu qurğunun dəyəri çox yüksəkdir: təxminən 820 avrodan başlanır. Macarıstanda "iPhone 6" üçün 787 avro ödəmək lazımdır.
 
Avropanın ən bahalı ölkələrindən biri kimi tanınan İsveçrədə "iPhone 6" smartfonunu 703 avroya satın almaq olar.
 
ABŞ-da "iPhone 6" smartfonu yəni 575 avroya satılır.
 
Emil Hüseynov




29/08/15    Çap et