Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropada yaşlı nəslin nümayəndələri aktiv internet istehlakçılarıdırlar


Onlayn mağazaların auditoriyası daima genişlənir, bu halda yaşı 55-dən yuxarı alıcılar fəal müştərilər qrupuna daxildir. “Greenlight” marketinq agentliyinin proqnozuna əsasən, yaxın 10 ildə internet üzərindən alış-verişin 66 faizi yaşlı nəslin payına düşəcək.
 
Təəssüf ki, indi pərakəndə mağazalar bu alıcı qrupuna az önəm verir və əsasən gənclər bazarına doğru istiqamətləniblər.
 
“ICTnews.az” saytı “epravda.com.ua” saytına istinadən xəbər verir ki, tədqiqata əsasən, 55 yaşdan yuxarı britaniyalılar onlayn şopinqə təxminən 14,45 milyard funt xərcləyir. Analitiklərin proqnozuna əsasən, gələcəkdə yaşlı nəsil alıcıların sayı daha da artacaq və artıq 10 alıcıdan 9-u alış-veriş üçün internetdən istifadəyə üstünlük verəcək.
 
“Greenlight” agentliyinin həmtəsisçisi Andrea Puros onlayn mağazalara gənclər bazarına deyil, yaşlı nəsil kateqoriyasına doğru istiqamətlənməyi tövsiyə edir. Yaşlı nəslin nümayəndələri ödəmə qabiliyyətlidir, internet mağazaların bloqlarında yazılmış rəyləri oxuyur və şərh yazırlar. Bundan başqa, onlar məhsulların evə çatdırılması xidmətinə daha çox ehtiyac hiss edirlər.
 
Emil Hüseynov




31/08/15    Çap et