Telefonda nömrə yığmaq üçün düymələrin yerləşmə ardıcıllığı necə seçilib?
"Data Genitics" bloqundakı yazının müəllifi artıq 50 ildən çoxdur istifadə olunan telefonda nömrə yığımı düymələrinin yerləşməsinin səbəbini açıqlayıb. Maraqlıdır ki, düymələrin belə yerləşməsi sensor ekranlı mobil telefonlarda da saxlanılıb.
Rabitənin təmini ilə məşğul olan aparat və şirkət istehsalçıları ötən əsrin 50-ci illərinin sonlarında telefonda düymələrin yerləşməsi üçün vahid standart dizaynın seçimi haqda düşünüblər. 1960-cı ildə "Bell Systems Technical Journal" jurnalında dərc edilmiş ABŞ-ın "AT&T" şirkətinin tədqiqatı bu məsələdə həlledici olub.
"AT&T" şirkətində düymələrin optimal yerləşməsi sınaqlarında rəqəmlərin yerləşdirilməsi üçün 16 varianta baxılıb.
Şirkətin mütəxəssisləri hər bir dizaynı araşdıraraq onları yığım sürəti üzrə sınaqdan keçirib. Nəticədə telefon istifadəçilərinə nömrəni daha sürətli yığmağa imkan verən düymələrin optimal yerləşməsi üzrə beş variantdan ibarət qrup seçilib:
3×3 olmaqla düymələrin kvadrat yerləşməsi (aşağıda bir düymə olmaqla) və iki üfüqi zolaq üzrə paralel yerləşmiş variant yekun seçim olub.
Sorğu nəticəsində iki üfüqi zolaq üzrə paralel yerləşmiş variant 12 səslə qalib gəlib. Bununla belə, sonralar aşağıdakı variant əsas standart kimi seçilib.
"AT&T" şirkətində bu qərarın qəbulu vaxtı nəyə əsaslandıqları dəqiq məlum deyil.
İndi düymələrin 3×3 yerləşməsi həm stasionar, həm də mobil qurğularda tətbiq edilir.
Emil Hüseynov