Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan “mobil hökumət” konsepsiyasının reallaşdırılmasına hazırlaşır
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Mobil Hökumət Konsepsiyasının hazırlanması və həyata keçirilməsinə başlanılması məsələsi müzakirə edilir.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, “Elektron hökumət”in formalaşdırılması dövlət idarəçiliyinin müasir tələblərindən biridir.
“Ölkəmizdə bu sahəyə ciddi diqqət göstərilir. Ölkədə qəbul edilmiş qərarlar, yaradılmış hüquqi baza vətəndaşların dövlət xidmətlərindən əlverişli şəkildə istifadəsinə xidmət edir. İnternetin və mobil rabitənin əhatə dairəsinin genişlənməsi və vətəndaşların onlardan fəal istifadəsi “elektron hökumət” həllərinin inkişafı, mobil tətbiqlərin yaradılması və “mobil hökumət” konsepsiyasının reallaşdırılmasını zəruri edir”, - deyə nazir müavini bildirib.
E. Vəlizadənin sözlərinə əsasən, Azərbaycanda indiyədək görülmüş işlər ölkədə ən müasir texnologiyalara əsaslanan səmərəli dövlət idarəçiliyinin formalaşmasına xidmət edir.
Aynur Vəliyeva
31/08/15 Çap et