Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Gənc peşəkarların Xəzəryanı Assambleyası”nda “Azərbaycan Milli Kitabxanasının elektron fondu diqqət mərkəzində olub
Rusiya Federasiyasında keçirilən “Gənc peşəkarların Xəzəryanı Assambleyası”nda Azərbaycanın kitabxana-informasiya texnologiyaları, bu sahədə yeniliklər diqqət mərkəzində olub.
Azərbaycan Milli Kitabxanasından (AMK) qeyd edilib ki, Həştərxan Vilayətinın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə B.Şaxovski adına Gənclər Kitabxanası tərəfindən təşkil edilən tədbirdə ölkəmizi AMK-in şöbə müdiri Aygün Hacıyeva təmsil edib.
Azərbaycan Milli Kitabxanası, Rusiya Dövlət Kitabxanası, Rusiya Dövlət Gənclər Kitabxanası, Qazaxıstan Milli Kitabxanası, Qazaxıstan Gənclər Kitabxanasından tədbirə qoşulan mütəxəssislərin iştirakı ilə keçirilən plenar iclasda əsasən kitabxana işinin yeni formaları, innovativ proqram və layihələrin tətbiqi müzakirə mövzusu olub.
İclasda A.Hacıyeva “Azərbaycan Milli Kitabxanasının ənənəvi və elektron fondu: komplektləşdirilməsi və istifadəsi” adlı məruzə ilə çıxış edib.
Həqiqət İSABALAYEVA
31/08/15 Çap et