Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Facebook”da şəxsi məlumatların müdafiəsi üzrə direktor vəzifəsi yaradılıb


Məxfiliyin pozulması ilə bağlı bir çox şikayətlərə görə “Facebook” sosial şəbəkəsinin rəhbərliyi şəxsi məlumatların müdafiəsi üzrə direktor vəzifəsi yaradıb.

“Agence France-Presse” bildirib ki, şirkət müvafiq bəyanatı çərşənbə axşamı, sentyabr ayının 13-ü qəbul edib.

Oktyabr ayının ortasında şəxsi məlumatlar üzrə direktor vəzifəsini hüquqşünas Erin İqan tutacaq. “Facebook”un bəyanatında bildirilib ki, o, məxfilik, spam və casus proqramlar ilə bağlı problemlərin həllində böyük təcrübəyə malikdir.

İqan Vaşinqtonda işləyəcək. Qeyd edək ki, “Facebook” şirkətinin ofisi Kaliforniyada yerləşir.

“Facebook”u dəfələrlə şəxsi informasiya ilə ehtiyatsız davranmaqda ittiham ediblər. Məsələn, 2010-cu ilin sentyabr ayında milyonlarla istifadəçinin məlumatları reklam agentliklərinin əlinə keçmişdi.

2010-cu ilin noyabr ayında sosial şəbəkə rəhbərliyi bəzi yaradıcıların istifadəçilərin eyniləşdirilmiş nömrələrini kənar brokerə satdıqlarını təsdiq etməli olub.




14/09/11    Çap et