Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində 197 nəfər internetdə şayiələrə görə cəzalandırılıb


Çin İctimai Təhlükəsizlik Nazirliyinin rəsmi bəyanatına əsasən, 197 nəfər ölkədə baş verən hadisələr haqda "yanlış informasiyanın yayılması"na görə cəzalandırılıb.
 
Bəyanatın mətninə əsasən, şəbəkədə yayılmış "yanlış məlumatlar" maliyyə bazarları və cəmiyyətdə çaxnaşma və iğtişaş yarada bilər. Tyanszin şəhərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı ilə bağlı yanlış məlumat (rəsmi informasiyaya görə 150 nəfər ölən var, mesajlarda isə 1300 ölən göstərilir) nümunə kimi göstərilir.
 
Həmçinin istifadəçilər mesajlarda ölkənin maliyyə bazarlarında qeydə alınmış azalmadan sonra intihar halları haqda məlumat veriblər.
 
Bu kimi məlumatların yayılması ilə mübarizə üçün sosial şəbəkələrdə 165 hesab bağlanılıb.
 
Emil Hüseynov




01/09/15    Çap et