Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiya şirkəti nəbzi ölçən material hazırlayıb
Yaponiyanın "Toyobo" şirkətinin hazırladığı xüsusi material insanın nəbzini, həmçinin başqa fizioloji göstəricilərini ölçə bilir.
"Kokomi" adlandırılmış material görünüşcə audioplyonkaya oxşayır. Material geyimin iç tərəfinə və ya başqa alt paltarına quraşdırılır və dəridən ötürülən ən zəif elektron impulsları qəbul edir. Geyimə quraşdırılmış kiçik ötürücü aparat, həmçinin məlumatı smartfon və ya başqa qurğuya ötürür.
Şirkətin nümayəndələri bildiriblər ki, bu innovativ materialın köməyi ilə yalnız nəbzi deyil, həm də nəfəs tezliyi, tərləmənin səviyyəsini bilmək olar. Bu xüsusi materialdan bərpa və idman tibbində istifadə planlaşdırılır.
İxtira hələ kütləvi bazara çıxarılmayıb.
Emil Hüseynov
01/09/15 Çap et