Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İstifadəçilər şifrlərin istifadəsindən imtinaya hazırdırlar
Mobil autentifikasiya üzrə ekspertin bu yaxınlardakı tədqiqatına əsasən, istifadəçilərin 84 faizi şifrlərin istifadəsindən imtinaya hazırdır və 76 faizi əmindir ki, onların informasiyası alternativ autentifikasiya metodlarının köməyi ilə daha etibarlı mühafizə olunacaq.
Tədqiqata əsasən, rəyi soruşulmuşların 46 faizi bildirib ki, müxtəlif hesablara giriş üçün 10-dan çox şifri yadda saxlayırlar. Respondentlərin 68 faizi isə etiraf edib ki, bir neçə hesab üçün eyni şifrdən istifadə edirlər.
Bundan başqa, istifadəçilərin 77 faizi bildirib ki, tez-tez şifrləri unutduğundan onları kağıza yazırlar. Rəyi soruşulmuşların 27 faizi etiraf edib ki, öz şifrlərini üçüncü şəxslərə verirlər.
İkipilləli autentifikasiya əla təhlükəsizlik vasitəsi olsa da, istifadəçilərin 64 faizi bu termindən xəbərsizdirlər. Yalnız respondentlərin 20 faizi bildirib ki, bu həldən istifadə etmək asandır.
Emil Hüseynov
01/09/15 Çap et