Bu il dünya korporativ proqram təminatı bazarının həcmi 7,5 faiz artacaq
2015-ci ildə dünya korporativ proqram təminatı bazarının həcmi 7,5 faiz artaraq 149,9 milyard dollara, 2019-cu ilədək 210 milyard dollara çatacaq. Bu barədə “Gartner” analitik şirkətinin hesabatında deyilir.
Bildirilir ki, işgüzar təyinatlı əlavələrə uzunmüddətli tələbat modernləşmə, funksionallığın genişləndirilməsi və biznesin rəqəmli transformasiya layihələri ilə əlaqədardır.
Sorğu analitiklərə bazarın inkişafının bir neçə əsas faktorlarını müəyyənləşdirməyə imkan verib. İlk növbədə sorğudan məlum olub ki, əksər təşkilatlarda prioritet vəzifələrdən biri əsas korporativ əlavələrin modernləşdirilməsi hesab edilir, eləcə də rəqəmli iqtisadiyyat şəraitində rəqabət strateji vəzifəyə çevrilir.
Təşkilatlar yeni proqram təminatı alışı modellərinə, məsələn, proqramların servis şəklində abunə və alışına (SaaS) keçirlər. Analitiklərin qənaətinə görə, 2019-cu ilədək dünyada personalı idarəetmə sistemlərinin 28 faizi “SaaS” modeli üzrə işləyəcək, halbuki 2014-cü ildə bu göstərici 13 faizə bərabər olub. Analitiklər həmçinin “bulud” ofis həllərinin, eləcə də “CRM” “bulud” servislərinin populyarlığının kəskin artacağını proqnozlaşdırırlar.
Şirkətlər tədricən hazır həllərin alınmasından imtina edərək sifarişlə hazırlanan innovativ əlavələr dəstlərini axtarırlar.
Analitiklər onu da qeyd edirlər ki, analitik əlavələrə də tələbat artır, -
"Computerworld” yazır.