Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Intel” şirkəti Azərbaycanın təhsil sistemində informasiya texnologiyalarının tətbiqi üçün tədbirlər planı hazırlayıb
Dünyanın aparıcı İT şirkətlərindən biri olan “Intel” bu ilin sonuna qədər Azərbaycanda tələbə və müəllimlər üçün təlim proqramları keçirəcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu ilin oktyabr ayında şirkət ölkənin az inkişaf etmiş regionlarında tələbələrə kömək etmək üçün 100 informatika müəlliminin iştirakı ilə təlim proqramı keçiriləcək. Bundan başqa bu ilin dekabr ayında şirkət tərəfindən STEM-mərkəzində informatika fənni üzrə məktəb müəllimləri üçün treninqlər təşkil olunacaq.
“Intel” şirkətinin Azərbaycanla bağlı uzunmüddətli hədəfləri orta məktəblərdə elmi sorğular keçirilməsini, Naxçıvan Muxtar Respublikasında regional İT sərginin təşkili, struktur mərkəzlər şəbəkəsinin yaradılması, elmi sərgilərdə iştirak edən tələbələrin sayının 50 faiz artırılması, startap məktəblərin yaradılması yolu ilə sahibkarlığın inkişafını təmin etməkdir.
Aynur Vəliyeva
01/09/15 Çap et