Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ümumdünya Poçt İttifaqı Azərbaycanı digər ölkələrə nümunə göstərib
Hal-hazırda “Azərpoçt” MMC-nin tabeli poçt şöbələrində poçt göndərişlərinin qəbulu, işlənməsi və çatdırılması əməliyyatlarının kompüter vasitəsilə avtomatlaşdırılması istiqamətində uğurlu nəticələr əldə olunub.
Bu göstərici üzrə Ümumdünya Poçt İttifaqı Azərbaycanı digər ölkələrə nümunə göstərib.
“Azərpoçt” MMC-nin poçt analizi şöbəsinin rəisi Nüsrət Səmədov bildirib ki, poçt göndərişlərinin qeydiyyatının kompüterlə aparılması və sonra da onun izlənməsi sisteminin daha da genişləndirilməsi məqsədilə ehtiyac olan bütün poçt şöbələri skayner avadanlıqları ilə təmin edilib.
Xatırladaq ki, əvvəllər məktubların qeydiyyatı 3 rəqəmli simvol olmaqla əllə həyata keçirilirdi.
Artıq beynəlxalq standartlara uyğun olaraq poçt göndərişlərinin üzərində 4-ü hərf, qalanları rəqəm olmaqla 13 simvollu ştrixkoddan istifadə olunur .
“Hərflərdən 2-si əvvəldə, digər 2-si isə axırda yazılır. Bu hərflərdə birincilər poçt göndərişinin növünü, sonuncu hərflər isə ölkənin adını göstərir”.
Qeyd edək ki, qeydiyyata alınan daxili və xarici poçt göndərişlərinin çatdırılma müddətini kompüterlə izləyə bilərsiniz.
RƏVAN
02/09/15 Çap et