Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yuxu çatışmazlığı soyuqdəymə xəstəliyinə tutulma ehtimalını artırır


«Sleep» jurnalının sentyabr nömrəsində dərc edilmiş məqalədə yazılıb ki, gündə 6 saatdan az yatan insanlar 7 saat və daha çox yatanlarla müqayisədə soyuqdəymə xəstəliyinə 4 dəfə daha meyillidirlər.
 
ABŞ-ın Karneqi Mellon Universiteti tərəfindən keçirilmiş tədqiqatda 18-55 yaş aralığında 164 sağlam insan iştirak edib. Yuxu müddətinin hesablaması üçün alimlər sınaqda gündəlik və aktiqrafdan (yuxuda hərəkətlərin qeydiyyatı üçün qol saatına oxşar cihaz) istifadə ediblər.
Məqalə müəllifləri qeyd ediblər ki, aktiqrafdan istifadə onların tədqiqatını əvvəlki işlərdən fərqləndirib.
 
Universitetin əməkdaşı Şeldon Koen və həmkarları həftə ərzində yuxu müddəti haqda məlumat toplayıblar.
 
Bundan sonra tədqiqat iştirakçılarını karantinə yerləşdiriblər və soyuqdəymə xəstəliyi yaradan damcını burunlarına töküblər.
 
Daha sonra alimlər 5 gün ərzində könüllülərin yoluxmaya qarşı reaksiyasını müşahidə ediblər.
 
Alimlər bu qənaətə gəliblər ki,  gündə 6 saat və daha az yatanların 7 saat və daha çox yatanlarla müqayisədə soyuqdəymə xəstəliyinə tutulma ehtimalı 4 dəfə daha çoxdur.
 
Emil Hüseynov
 
 




02/09/15    Çap et