Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Asus» şirkəti öz cib kompüterini təqdim edib


«The Verge» portalı yazır ki, «Asus» şirkəti «VivoStick» cib kompüterini təqdim edib.
 
 
Kompüter «HDMI» vasitəsilə monitor və televizora qoşulur. «Asus VivoStick» cib kompüteri «Intel Cherry Trail» prosessoru, 2 QB əməli yaddaş və 32 QB daxili daşıyıcı ilə təchiz olunub. Qurğu 2 ədəd «USB» port və audiokonnektor, «Bluetooth 4.0» və «Wi-Fi» dəstəyinə malikdir. Kompüterdə «Windows 10» əməliyyat sistemi quraşdırılıb. Cihazın çəkisi 70 qram, ölçüsü 13,8 x 3,4 x 1,5 sm-dir.
 
 
ABŞ-da yeni qurğunun təxmini qiymət 129 dollar olacaq, satışa çıxarılma tarixi hələ ki dəqiq bilinmir.
 
 
Həmçinin «Intel» korporasiyası yeni nəsil «Compute Stick» qurğusunu nümayiş etdirib. Cihaz «Intel Core M Skylake» prosessoru ilə təchiz edilib. Bütün texniki xüsusiyyətləri haqda məlumat yoxdur. 2016-cı ilin birinci rübündə satışa çıxarılacaq.
 
 
Emil Hüseynov




03/09/15    Çap et