Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa və Asiya arasında telekommunikasiya trafikinin tranziti bazarının həcmi 4 dəfə artacaq


“J’son & Partners Consulting” şirkəti Avropa və Asiya arasında telekommunikasiya trafikinin tranziti bazarında apardığı tədqiqatın nəticələrini təqdim edib.
 
Şirkət analitikləri tərəfindən 2018-ci ilədək Avropa və Asiya arasında beynəlxalq tranzit tutumu bazarının proqnozu hazırlanıb. Qəbul edilmiş metodologiyanın fərqləndirici cəhəti əsas Avrasiya ölkələrinin tələbatının coğrafi istiqamətinin nəzərə alınmasındadır.
 
Proqnoza görə, 2014–2018-ci illərdə Avropa və Asiya arasında telekommunikasiya trafikinin tranziti bazarının həcmi 4 dəfə artaraq 41 Tbit/saniyəyə çatacaq. Həmçinin bazarın coğrafi istiqamətlər üzrə natural ifadədə strukturunda müəyyən dəyişikliklər baş verəcək. Belə ki, Hindistan istiqamətində tələbatın artması və Yaxın Şərq ölkələrindən tələbat payının azalması proqnozlaşdırılır. Avropa-Asiya tranzit tutumu bazarının pul ifadəsində həcmi çoxalaraq 863 milyon dollara çatacaq, - "Computerworld yazır.




03/09/15    Çap et