Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvan MR-də 7 ayda informasiya və rabitə xidmətlərinin həcmi 28 milyona yaxın olub
Naxçıvan Muxtar Respublikasında bu ilin yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin həcmi 27 milyon 677 min manat olub.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, muxtar respublikanın cari ilin 7 ayı üzrə sosial-iqtisadi inkişafına dair hesabatda əksini tapıb.
Hesabatda qeyd olunur ki, bu göstərici 2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 2,1 faiz çoxdur.
Sözügedən müddətdə mobil rabitə xidmətlərinin həcmi 23 milyon 290 min manat olmaqla bir il öncəki göstəricini 1,8 faiz üstələyib.
CAHANGİR
03/09/15 Çap et