Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni sosial İT layihələri həyata keçiriləcək
“MarsTech” şirkəti bu ilin sonuna kimi bir sıra sosial və İT layihənin həyata keçirilməsini planlaşdırır.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, şirkət İKT xidmətləri ilə yanaşı, B2B sektorunda da fəaliyyət göstərir.
“Hazırda biz beynəlxalq təşkilatlara və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə İT avadanlıq və xidmətlər təqdim edirik. Belə ki, Avropa İttifaqının yerli nümayəndəliyində İT infrastrukturun yeni data mərkəzləri, avadanlıqların yenilənməsi üzrə işlər aparırıq, “IT autsorsing” və s. xidmətlər təqdim edirik”,- deyə şirkətdən bildiriblər.
Qeyd edək ki, bu günlərdə şirkət birillik fəaliyyətini rebrendinq ilə qeyd edib.
Aynur Vəliyeva
03/09/15 Çap et