Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzNet”də yeni maliyyə aqreqatoru yaradılıb


Azərbaycan internet məkanında maliyyə məlumatlarının internet-aqreqatoru (toplayıcısı) -  “Teyinet.az” saytı yaradılıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, resurs bank təklifləri və xidmətləri üçün nəzərdə tutulan rahat və sərfəli naviqasiya üçün yaradılmış kompleks sistemdir.

Hazırda Azərbaycanda müxtəlif kredit və depozit xidmətləri təklif edən 50-yə qədər bank fəaliyyət göstərir.
 
“Teyinet.az” aqreqatoru müştərilərin sorğusu üzrə aylıq ödənişlərin həcmini, kreditin vaxtından əvvəl ödənilməsi və ya əmanətin bağlanılmasının parametrləri və daha ətraflı şərtlərlə bank təkliflərinin ümumiləşdirilmiş siyahısını təqdim edəcək.
 
Artıq Azərbaycanın onlarla bank və maliyyə təşkilatlarının saytlarını araşdırmağa ehtiyac yoxdur — bu saytda ən sərfəli təklifin tez və rahat seçimi üçün sizə lazım olan bütün məlumatlar mövcuddur.
 
Aynur Vəliyeva




03/09/15    Çap et